Premyer Liqada 19-cu tur: "Neftçi" "Sabah"la oyuna 3 itki ilə çıxacaq

Premyer Liqada 19-cu tur:  "Neftçi" "Sabah"la oyuna 3 itki ilə çıxacaq

"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə üz-üzə gələcəyi "Sabah"la matça üç itki ilə hazırlaşır.

Mediasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, matçdan əvvəl keçirilən məşq prosesində Qara Qarayev, Reziuan Mirzov və Emil Balayevdən başqa bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, "Sabah" - "Neftçi" qarşılaşması sabah saat 16:00-da "Bank Respublika Arena"da oynanılacaq.